Azərbaycan nefti yenidən ucuzlaşdı
İqtisadiyyat
06.12.2024 10:49
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,19 % azalaraq 75,4 ABŞ dollar təşkil edib.
Bu barədə TodayPress-ə neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 72,09 ABŞ dollarında qərarlaşıb.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.
tag: Neft,Brent,Azeri Light,Azərbaycan ,ABŞ ,todaypress.az,