Azərbaycan nefti ucuzlaşdı

İqtisadiyyat

21.09.2024 10:35

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,34 ABŞ dolları, yaxud 0,44 % azalaraq 77,86 ABŞ dolları təşkil edib.

Bu barədə TodayPress-ə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 74,49 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

tag: Azərbaycan, Neft, Barel ,Dünya, Birja ,todaypress.az,