Azərbaycan nefti ucuzlaşdı

İqtisadiyyat

10.10.2024 11:40

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,56 ABŞ dolları, yaxud 0,71 % azalaraq 79,02 ABŞ dolları təşkil edib.

Bu barədə TodayPress-ə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 76,58 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

tag: Azərbaycan, Neft,Azeri Light,Barel, todaypress.az,