Azərbaycan nefti ucuzlaşdı
İqtisadiyyat
29.06.2024 10:46
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,35 ABŞ dolları, yaxud 0,39 % azalaraq 88,65 ABŞ dolları təşkil edib.
Bu barədə TodayPress neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 86,41 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.
tag: Azərbaycan, neft, Ucuzlaşma, Hərrac, Bazar, todaypress.az,