Azərbaycan nefti ucuzlaşdı
İqtisadiyyat
31.08.2024 11:44
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,35 ABŞ dolları, yaxud 2,8 % azalaraq 81,69 ABŞ dolları təşkil edib.
TodayPress xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 76,93 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.
tag: Azeri Light, Azərbaycan,Neft, Barel, Dollar, ABŞ, todaypress.az,