Azərbaycan nefti cüzi ucuzlaşdı

İqtisadiyyat

14.08.2024 10:00

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,17 ABŞ dolları, yaxud 0,2 % azalaraq 84,49 ABŞ dolları təşkil edib.

Bu barədə TodayPress-ə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 81,19 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

tag: Dünya, Azeri Light, Neft, Birja, todaypress.az,