Azərbaycan nefti cüzi bahalaşdı

İqtisadiyyat

02.11.2024 10:40

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti təxminən 1 ABŞ dolları, yaxud 1,3 % artaraq 74,8 ABŞ dolları təşkil edib.

Bu barədə TodayPress-ə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti 73,1 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

tag: Neft, Azərbaycan, Barel, Birja, Dünya, todaypress.az,