Azərbaycan nefti bahalaşdı

İqtisadiyyat

18.09.2024 10:12

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,2 % artaraq 77,01 ABŞ dolları təşkil edib.

Bu barədə TodayPress-ə neft bazarındakı mənbə məlumat verib.

Bundan başqa, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 73,35 ABŞ dollarında qərarlaşıb.

Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

tag: Dünya, Azərbaycan, Neft, Birja, ABŞ, Barel ,todaypress.az,