Azərbaycan nefti bahalaşdı

İqtisadiyyat

27.02.2025 10:00

2363

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,03 ABŞ dolları, yaxud 0,04 % artaraq 75,18 ABŞ dolları təşkil edib.

TodayPress xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 72,86 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftin bir barelinin qiyməti 0,07 ABŞ dolları və ya 0,09 % artaraq 73,90 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

tag: Azeri Light,Azərbaycan nefti,Barel,ABŞ dolları,Brent,todaypress.az,