Azərbaycan nefti bahalaşdı

İqtisadiyyat

13.09.2024 10:16

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,41 % artaraq 76,77 ABŞ dolları təşkil edib.

Bu barədə TodayPress-ə neft bazarındakı mənbə məlumat verib.

Bundan əlavə, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 72,31 ABŞ dollarda qərarlaşıb. 

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

tag: Dünya, ABŞ, Azeri Light, Azərbaycan ,Barel ,todaypress.az,