Azərbaycan MAQATE ilə əməkdaşlıq məsələlərini müzakirə edir
Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentli (MAQATE) ilə əməkdaşlıq məsələlərini müzakirə edib.
TodayPress xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, MünxenTəhlükəsizlik Konfransı çərçivəsində MAQATE-nin Baş direktoru Rafael Qrossi ilə səmərəli görüş olub.
“Paris Sazişi çərçivəsində enerji planlaşdırılmasına dair Anlaşma Memorandumunun icrası, bu xüsusda Agentliklə əməkdaşlığın gündəliyindəki məsələləri müzakirə etdik” deyə P. Şahbazov bildirib.
tag: Azərbaycan ,MAQATE,Pərviz Şahbazov,Rafael Qrossi,Paris Sazişi,todaypress.az,