Azərbaycan-Macarıstan əməkdaşlığı: Yeni mərhələ, yeni perspektiv

İqtisadiyyat

13.07.2024 17:54

Azərbaycan və Macarıstan geniş iqtisadi potensiala malik ölkələrdir. Xüsusən də kənd təsərüfatı sahəsində. 

TodayPress-ə açıqlama verən iqtisadçı Asif İbrahimovun sözlərinə görə, Azərbaycandan Macarıstana hər il artan dinamika ilə karbohidrat ehtiyatları, neft və qaz məhsullarının ixracı həyata keçirilir. Eyni zamanda Macarıstandan diri ev heyvanları, kənd təsərrüfatı texnikaları, yüngül sənaye məhsulları, bitgi toxumları və aqrar sahədə istifadə olunan bir çox dərman gübrələri, toxumları Azərbaycana idxal olunur: 

“2014-cü ildən bu yana ticarət dövriyəsində 3 dəfədən çox artım müşahidə olunub. Toxumçuluq sahəsində də Macarıstan Avropada öz sözünü demiş ölkələrdən biridir. Azərbaycanla da bu sahə üzrə danışıqlar davam edir. Artan dinamika gələcək illərdə də müşahidə olunacaq”.

İqtisadçı Eyyub Kərimli bildirib ki, Macarıstanda aqrar sahədə son bir neçə ildə ciddi artım müşahidə olunub:

“Macarıstanda aqrar sahədə son bir neçə ildə 8 dəfə artım müşahidə olunub. 70 min əhali işlə təmin olunub. Ümumi ölkə əhalisinin 5 faizi məhz bu sahədə çalışır. Ölkənin aqrar sahədə çox böyük təcrübəsi var. Ona görə də Azərbaycanla əlaqələri kənd təsərrüfatı sahəsində də inkişaf etdirmək vacib məsələlərdəndir”. 

İqtisadçı-alim Emin Qəriblinin isə fikrincə, bazar özü müəyyənləşdirir ki, hansı sahələrdə əməkdaşlıq edilməlidir. Bu gün Macarıstanda kənd təsərrüfatı sahəsində texnologiya olduqca inkişaf edib və bu cəhətdən ciddi işlər görülür. Odur ki, Azərbaycanla Macarıstan arasında əlaqələrin inkişafı birbaşa aqrar sahəyə müsbət təsir göstərəcək. 

Qeyd edək ki, Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstanda həmkarı İstvan Nagy ilə görüşüb. Görüşdə nazirliyin və aqrar sahədə fəaliyyət göstərən şirkətlərin təmsilçiləri iştirak edib. İki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. 

Töhfə Səməd

tag: Azərbaycan, Macarıstan, Əməkdaşlıq, Kənd Təsərrüfatı, Eyyub Kərimli, Asif İmrahimov, todaypress.az,

photo
photo
photo