Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 17 faizə yaxın artdı
Bu il aprelin 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 29 milyard 679.4 milyon manat olub.
TodayPress xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankınının açıqladığı statistikaya görə, bu, aylıq müqayisədə 276,5 milyon manat və ya 0,9 faiz, illik müqayisədə isə 16,7 faiz çoxdur.
Kredit qoyuluşunun 24.5 faizi - 7275.3 milyon manatı dövlət banklarının, 69.4 faizi - 20601.8 milyon manatı özəl bankların, 6,1- faizi - 1802.3 milyon manatı isə qeyri-bank kredit təşkilatlarının payına düşüb.
Azərbaycanda 22 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir.
Qeyri-kredit təşkilatlarının sayı isə sayı isə 57-dir.
tag: Azərbaycan,Kredit,Artım,İqtisadiyyat,Todaypress.az,