Azərbaycan İndoneziyadan 3 minə yaxın avtobus alacaq
İqtisadiyyat
03.06.2024 17:07
Azərbaycan
İndoneziyadan 3 minə yaxın avtobus almağı planlaşdırır.
TodayPress
xarici mətbuata istinadən məlumat verir ki, bunu İndoneziya Xalq Məşvərət
Şurasının sədri Bambang Soesatyo Azərbaycanın bu ölkədəki səfiri Cəlal Mirzəyev
ilə görüşündə deyib.
O,
bildirib ki, bu yaxınlarda Azərbaycan ölkədə nəqliyyat vasitəsi kimi istifadə
üçün “PT Powerspark” Koreya-İndoneziya şirkətindən 3 minə yaxın avtobus almaq
istəyir.
Qeyd
edək ki, daha əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Bakı şəhərində
180 marşrut xətti üzrə 2 min avtobus fəaliyyət göstərdiyini deyib:
"Paytaxtda avtobusların sayının 2500-ə çatdırılması nəzərdə tutulur".
Onun
sözlərinə görə, bu ilin sonuna qədər Bakıda 100 yeni elektrikli avtobusun
istismara verilməsi planlaşdırılır.
İndoneziya
Xalq Məşvərət Şurasının sədri həmçinin qeyd edib ki, İndoneziya Azərbaycan üçün
xam palma yağı, kokos yağı, ağac materialları, üzlənmiş panellər, tekstil və qəhvə
tədarükçüsüdür: “1992-ci il sentyabrın 24-də diplomatik münasibətlər qurulandan
siyasət, ticarət, sosial, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq həyata
keçirilib. Azərbaycan İndoneziya üçün xam neft tədarükçüsünə çevrilir və
dövriyyə əsas əmtəələri neft və qaz olmaqla təxminən 255,7 milyon ABŞ dollarına
çatacaq”. (report.az)
tag: Azərbaycan,İndoneziya, Avtobus, Bakı, todaypress.az,