Azərbaycan ətraf mühitin mühafizəsi xərclərini 11 % artırır

İqtisadiyyat

18.09.2024 04:48

Azərbaycan 2025-ci ildə dövlət büdcəsinin 3 milyard 51,6 milyon manat proqnozlaşdırılan kəsirini əsasən borclanma hesabına maliyyələşdirəcək.

TodayPress bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, borclanma 2 milyard 672,3 milyon manat nəzərdə tutulur ki, bu da kəsirin 87,6 %-ni təşkil edəcək. Bundan başqa, kəsirin 2025-ci ilin əvvəlinə ehtimal edilən vahid xəzinə hesabının qalığı hesabına 250 milyon manat, özəlləşdirmədən daxilolmalar hesabına 110 milyon manat, məqsədli büdcə fondlarının vəsaitinin qalığı hesabına 19,3 milyon manat olmaqla maliyyələşdirilməsi planlaşdırılır.

tag: Proqnoz, Manat, Büdcə, Maliyyə ,Azərbaycan,todaypress.az,