Azərbaycan enerji təhlükəsizliyində aparıcı oyunçuya çevrilir - ŞƏRH

İqtisadiyyat

02.09.2024 17:48

Rusiya-Ukrayna münaqişəsinin başlamasından sonra Avropada enerji təhlükəsizliyi ilə bağlı yaranan və cavabı tapılmayan böyük suallar Şərqi Avropa ölkələrinin, o cümlədən də Baltikyanı ölkələrin Azərbaycana üz tutması ilə nəticələndi”.

Bu sözləri TodayPress-ə danışan iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, birmənalı olaraq Prezident İlham Əliyev tərəfindən həmin ölkələrdən gələn müraciətlərə adekvat yanaşıldı. Nəticə etibari ilə həmin ölkələr Azərbaycanın iri ticarət tərəfdaşlarına çevrildi:

“Belə ki, Azərbaycan Şərqi Avropa və Baltikyanı ölkələrin enerji təhlükəsizliyində müstəsna rol oynamağa başladı. Serbiya da bu ölkələrdən biridir. Bu ildən etibarən Azərbaycan qazının Serbiya bazarına 400 milyon kubmetr həcmində çatdırılması nəzərdə tutulub. Daha sonra isə 2.5 dəfə artırılaraq 1 milyard kubmetrə çatdırılması planlaşıdırlır. Təbii ki, enerji sahəsində tərəfdaş ölkələrin sayı getdikcə artacaq”. 

Ekspert hesab edir ki, bugünkü mövcud potensial gələcəkdə Mərkəzi Asiya ölkələrinin resursları hesabına daha da artacaq. Bu gün Azərbaycan neft-qaz ölkəsi kimi regionda əsas aktordursa, gələcəkdə etibarlı tranzit ölkə kimi də çıxış edəcək. Enerji sahəsində yaranan bu əməkdaşlıq gələcəkdə iqtisadiyyatın digər sahələrində, o cümlədən də sahibkarların, kiçik və orta biznesin inkişafı istiqamətində də müstəsna rol oynayacaq.

 Töhfə Səməd

tag: Azərbaycan ,Şərqi Avropa ,Serbiya ,Mərkəzi Asiya, Enerji, Neft, todaypress.az,

photo