Azərbaycan əhalisinin avtomobil yanacağı xərcləri 6 %-dən çox artdı

İqtisadiyyat

15.10.2024 13:03

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2 milyard 430,9 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

TodayPress-in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 % çoxdur.

Ötən dövr ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,7 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

tag: Azərbaycan ,Avtomobil ,Yanacaq, Ticarət ,Benzin, Dizel ,todaypress.az,