Azərbaycan dövlət borcunu ÜDM-in 23 %-dən aşağı səviyyədə saxlamağı planlaşdırdı
İqtisadiyyat
17.09.2024 23:28
Azərbaycan hökuməti 2025-ci ildə ölkətə 129,2 milyard manatlıq ümumi
daxili məhsul (ÜDM) istehsal olunacağını proqnozlaşdırır.
TodayPress bu
barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bunun 92,2 milyard manatlıq
hissəsinin qeyri-neft-qaz sektorunun payına düşəcəyi gözlənilir. Qeyri-neft-qaz
ÜDM-i 4,9 % səviyyəsində
artacağı proqnozlaşdırılır.
Proqnozlarıa görə, 2024-cü ildə ÜDM-in artımı 4,2 %, 2025-ci ildə 3,5 % səviyyəsində gözlənilir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin
yanvar-avqust aylarında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 % çox ümumi daxili məhsul istehsal
(80 milyard 960,3 milyon manatllıq)
olunub.
tag: Azərbaycan, Büdcə, Maliyyə, ÜMD,todaypress.az,