Azərbaycan bu il 18 ölkədən 19 tona yaxın qızıl idxal etdi

İqtisadiyyat

15.05.2025 09:10

8

Bu ilin yanvar-mart aylarında Azərbaycan 1 milyard 703,7 milyon dollar dəyərində 18 min 941.97 kq. qızıl idxal edib.

TodayPress xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat açıqlayıb.

Azərbaycanın qızıl idxalında ən çox paya malik 3 ölkə Rusiya (23 faiz), Avstraliya (17,7 faiz) və Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığıdır (11,6 faiz).

Ötən il isə Azərbaycana 11 ölkədən 3 milyard 312.9 milyon dolları dəyərində 41 min 78.4 kiloqram qızıl idxal etmişdi.

Qızıl idxalı dedikdə, qızıldan yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər nəzərdə tutulur.

tag: Qızıl,Dollar,Valyuta,Birja,Todaypress.az,