Azərbaycan bələdiyyələri gələn il büdcədən 13,5 milyon manat vəsait alacaq
İqtisadiyyat
19.11.2024 14:45
Azərbaycanda gələn il dövlət büdcəsindən bələdiyyələrə 13,5 milyon manat vəsait ayrılması nəzərdə tutulur.
TodayPress xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.
Onun sözlərinə görə, bunun 7,5 milyon manatı bələdiyyələrin gəlir və xərclərinin tənzimlənməsi üçün dotasiya kimi nəzərdə tutulub.
"Bələdiyyələrin məqsədli xərcləri üçün 1,6 milyon manat məbləğində subvensiya, bələdiyyələrin sərəncamında olan su təchizatı qurğularının istismarı və xidmətləri ilə bağlı xərclər üçün isə 4,4 milyon manat subsidiya nəzərdə tutulub" deyə nazir qeyd edib.
tag: Azərbaycan, Bələdiyyə, Vəsait,Maliyyə, Samir Şərifov, Milli Məclis, todaypress.az,