Azərbaycan ABŞ-yə yumurta ixrac edəcək

İqtisadiyyat

18.03.2025 12:38

2555

Azərbaycandan ABŞ-yə yumurta ixracına başlanılır.

TodayPress xəbər verir ki, bu barədə Azərbaycan Qİda Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Qeyd olunub ki, ABŞ-yə Azərbaycandan yumurta ixracı ilk dəfə olaraq həyata keçirilir və artıq bu istiqamətdə müvafiq prosedurların icrası həyata keçirilir.

AQTA xatırladıb ki, ölkədə bioloji təhlükəsizliyin təmin olunması istiqamətində aparılan məqsədyönlü tədbirlər, dünyada mövcud olan bir sıra heyvan xəstəliklərindən azad statuslarının əldə edilməsi ölkəmizdə istehsal olunan bir çox qida məhsullarının ixrac potensialı üçün münbit şərait yaradır.

Eyni zamanda Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Azərbaycanın yüksək patogen quş qripi virusundan azad statusunun təsdiq edilməsi quşçuluq məhsullarının ixracı üçün geniş imkanlar açır. 

Belə ki, 2023-cü ilin noyabr ayında AQTA ilə “Rosselxoznadzor” arasında Azərbaycan Respublikasından Rusiya Federasiyasına quşçuluq məhsullarının, əsasən də ərzaqlıq yumurtanın ixrac olunması ilə əlaqədar razılıq əldə olunub və həmin ildən etibarən ərzaqlıq yumurtanın ixracına başlanıb.

AQTA tərəfindən Çin Xalq Respublikasının Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyi ilə keçirilən görüşlər, həmçinin işçi qaydada aparılan tədbirlər nəticəsində quş əti məhsullarının bu ölkəyə ixracına icazə əldə olunub.

tag: AQTA,ABŞ,Yumurta,İxrac,Todaypress.az,