Azərbaycan-ABŞ enerji tərəfdaşlığı müzakirə olundu

İqtisadiyyat

03.04.2025 13:55

2887

Energetika naziri Pərviz Şahbazov ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun baş məsləhətçisi Erik Ceykobsla görüşüb.

TodayPress xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun baş məsləhətçisi Erik Ceykobsla görüşdə Azərbaycan-ABŞ enerji tərəfdaşlığının regional və beynəlxalq əhəmiyyətli enerji təhlükəsizliyi layihələrinin həyata keçirilməsinə verdiyi töhfələri vurğuladıq. Avropaya qaz tədarükü və Yaşıl Enerji interkonnektor layihələrinin icrası ilə bağlı mövcud vəziyyəti və potensial əməkdaşlıq imkanlarını dəyərləndirdik” deyə paylaşımda qeyd olunub.

tag: ABŞ,Azərbaycan,Enerji,Tərəfdaşlıq,Müzakirə,Todaypress.az,