Avtomobil kreditləri bahalaşdı

İqtisadiyyat

30.04.2025 12:10

16

Bu ilin I rübündə Azərbaycanda avtomobil kreditlərinin orta illik faiz dərəcəsi 12 % təşkil edib. 

TodayPress Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu 2024-cü ilin sonundakı göstəricidən 2 faiz bəndi yüksəkdir. 

Yanvar-mart aylarında məişət avadanlıqlarının alınması üçün verilən kreditlərin orta faizi dəyişməyərək 25 % qalıb, yaşayış sahələrinin təmiri üçün verilən kreditlərin orta faizi isə 16 % (dəyişməyib) təşkil edib. 

I rübdə kredit kartları vasitəsilə milli valyutada verilən istehlak kreditləri üzrə orta faiz dərəcəsi 2024-cü ilin sonundakı göstərici ilə müqayisədə 1 faiz bəndi azalaraq 25 %-ə düşüb. 

Digər istehlak kreditləri üzrə orta faiz isə 2024-cü ilin dekabrındakı göstərici ilə müqayisədə 1 faiz bəndi artaraq 21 %-ə çatıb.

tag: Azərbaycan,Kredit,Avtomobil,Bahalaşma,Todaypress.az,