Avtobus marşrutları və metroda gedişhaqqı 50 qəpik olub
İqtisadiyyat
30.06.2024 21:51
Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş
üzrə 50 qəpik təsdiq edilib.
TodayPress xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası bu
barədə qərr verib. Bu Qərar
Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron
variantında dərc edildiyi gündən qüvvəyə minir.
Digər qərara əsasən müntəzəm şəhərdaxili (rayondaxili) avtobus
marşrutlarında sərnişindaşıma xidmətlərinin tarifləri artırılıb.
Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında
sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi məsafədən asılı
olmayaraq 50 qəpik müəyyən edilib. (apa.az)
tag: Nəqliyyat, Metro, Avtobus marşrutları, İqtisadiyyat, todaypress.az,