Avropanın ən güclü iqtisadiyyata malik ölkəsi durğunluq yaşayır

İqtisadiyyat

31.07.2024 12:36

Almaniya iqtisadiyyatı 2024-cü ilin ikinci rübündə durğunlaşmağa başlayıb.

TodayPress xəbər verir ki, bu barədə “Süddeutsche Zeitung” məlumat yayıb. 

Mütəxəssislər hesab edirlər ki, Avropanın ən böyük iqtisadiyyatına sahib ölkənin ÜDM-sinin mənfi artımının əsas səbəblərindən biri biznes sahiblərinin sərmayə qoymaq istəməməsi olub. digər bir səbəb isə böhrandan sonra istehlakçıların inflyasiya riskinə  görə ehtiyatlı davranmalarıdır. 

Qeyd edək ki, Almaniyanın Federal Statistika İdarəsi (Destatis) 2023-cü ildə Almaniyanın dövlət borcunun 2,45 trilyon avroya yüksələrək rekord həddə çatdığını bildirmişdi. 

Töhfə Səməd

tag: Avropa, Almaniya, ÜDM, İqtisadiyyat, Rekord, todaypress.az,