Avropanın aparıcı iqtisadiyyatlarına daha bir zərbə
İqtisadiyyat
23.09.2024 14:22
2024-cü ilin sentyabrında Avropa İttifaqının (Aİ) iki ən böyük iqtisadiyyata malik ölkəsi daha bir zərbə aldı - Fransa və Almaniyada özəl sektorda biznes fəallığında azalma müşahidə olunub.
TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Beləliklə, Almaniya üçün ilkin “S&P Global” satınalma menecerləri indeksi gözləniləndən çox azalaraq 47,2-ə düşüb ki, bu son yeddi ayın ən aşağı səviyyəsidir. Fransa isə 53,1-dən 47,4-ə düşüb. Almaniyanın on illik istiqrazlarının gəlirliliyi dörd baza bəndi azalıb.
Töhfə Səməd
tag: Almaniya ,Fransa ,Avropa ,İqtisadiyyat, Gərginlik ,todaypress.az,