Avropada avtomobil satışları minimuma düşdü
İqtisadiyyat
19.09.2024 12:35
2024-cü ilin avqustunda Avropa İttifaqı (Aİ) ölkələrində yeni avtomobillərin satışı son üç ilin minimum səviyyəsinə düşüb.
TodayPress xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) məlumat yayıb.
Almaniya, Fransa və İtaliyanın əsas bazarlarında avtomobil satışları 18,3 faiz azalıb. Elektriklə işləyən avtomobillərin satışları ardıcıl dördüncü ayda 43,9 faiz aşağı düşüb. Bildirilib ki, bazar göstəriciləri Covid19-dan əvvəlki səviyyələrdən xeyli aşağıdır. Analitiklərin fikrincə, bu tendensiya uzun müddət belə davam edə bilər.
“Volkswagen”, “Stellantis” və “Renault”un satışları müvafiq olaraq 14,8 faiz, 29,5 faiz və 13,9 faiz azalıb. Çinin “SAIC” şirkəti 27,5 faiz, “Tesla” isə 43,2 faiz ucuzlaşıb.
Aİ ucuz elektrik avtomobillərinin tədarükünə görə Çinlə ticarət müharibəsinə hazırlaşır. Brüssel, Çin şirkətlərinin dövlət subsidiyalarından ədalətsiz şəkildə yararlandığına görə avadanlıqların tariflərini qaldırmaq qərarına gəlib. Tariflər brenddən asılı olaraq 17,4 faizdən 37,6 faizədək artıb.
İspaniyanın baş naziri Pedro Sançes isə Aİ-ni Çinin elektrik avtomobillərinə rüsum tətbiq etmək planlarına yenidən baxmağa çağırıb:
“Assosiasiyanın Pekinlə ticarət müharibəsinə ehtiyacı yoxdur, ona görə də avadanlıqların 36 faizlik tarifləri ilə bağlı mövqe dəyişdirilməlidir”.
Töhfə Səməd
tag: Çin ,Brüssel ,Ticarət, Avtomobillər, Pekin,Satış, todaypress.az,