Avropa Rusiyadan qaz tranzitini dayandırmağa hazır deyil

İqtisadiyyat

28.08.2024 10:50

Avropa Ukraynanın Rusiyadan qaz tranziti ilə bağlı müqaviləni ləğv etməyinə hazır deyil.

TodayPress xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb. 

Bu həftənin əvvəlində məlum olub ki, Ukraynanın dövlət enerji şirkəti “Naftogaz”ın rəhbərliyi Rusiyanın “Qazprom” holdinqi ilə 2024-cü ilin sonunda başa çatacaq müqaviləni yeniləməyəcək. Avropa isə bu qərara hazır deyil. Münaqişəyə baxmayaraq, 2022-ci ildən bu yana Rusiya qazının tədarükü mühüm əhəmiyyət kəsb edib.

Töhfə Səməd

tag: Avropa, Ukrayna, Rusiya, Qaz, Tranzit, todaypress.az,