Avropa qazsız qalacaq
İqtisadiyyat
13.01.2025 11:22
Avropa Rusiya qazının Ukrayna üzərindən tranzitinin dayandırılması səbəbindən gələn qış üçün qaz ehtiyatı hədəflərinə çatmamaq riski ilə üzləşir.
TodayPress xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.
Qeyd edilib ki, bu vəziyyət yeni "LNG" tutumu tətbiq edilməzdən əvvəl ölkələrə tədarük uğrunda rəqabətə şərait yarada bilər. Nəşr qeyd edir ki, bu, "LNG" ixrac edən ölkələr üçün yeni imkan qapıları aça bilər. Agentlik həmçinin bu vəziyyətin Asiya və Cənubi Amerikadakı daha kasıb inkişaf etməkdə olan ölkələrini bazardan sıxışdırılma riski ilə üz-üzə qoya biləcəyini qeyd edir.
"Bloomberg" yazır ki, Avropanın bu qış üçün kifayət qədər qaz ehtiyatı olmasına və ilin əvvəlindən qiymətlərin aşağı düşməsinə baxmayaraq, soyuq hava səbəbindən ehtiyatlar daha tez istifadə olunur. Bundan əlavə, nəşr xatırladır ki, Rusiya qazının tranzitinin dayandırıldığı müddətdən (2025-ci ilin əvvəlindən) bu yana tədarük imkanları azalıb.
"Bank of America" əmtəə bazarı üzrə ekspert Fransisko Blanş deyir: "Avropa bu il mütləq enerji kəsiri yaşayacaq". Onun sözlərinə görə, bu il ortaya çıxacaq bütün əlavə "LNG" tutumu Rusiyanın qaz defisitini doldurmaq üçün istifadə olunacaq.
"MST Marquee" tədqiqat platformasının analitiki Sol Kavonic deyir ki, proqnozlaşdırılan tələbatı ödəmək üçün Avropa ildə əlavə 10 milyon tona qədər "LNG" idxal etməli olacaq - bu ümumi həcmin təxminən 10%-idir.
Xatırladaq ki, yanvarın 1-də Kiyev müqaviləni yeniləməkdən imtina etdiyinə görə Rusiya qazının Ukrayna vasitəsilə Avropaya tranziti tamamilə dayandırılıb.
Töhfə Səməd
tag: Avropa ,Qaz ,Rusiya ,Fransisko ,todaypress.az,