Avropa fond bazarları yüksəlişə keçdi
İqtisadiyyat
20.01.2025 17:25
ABŞ və İngiltərə inflyasiya məlumatlarını açıqladıqdan sonra Avropa fond bazarları yüksəlişə keçərkən, bütün gözlər mərkəzi bankların qərarlarına yönəldi. ABŞ-də FED-in faiz endirimi dövrünə fasilə verəcəyi düşünülsə də, Avropa Mərkəzi Bankının (AMB) bu ay faiz dərəcələrini 25 bənd endirməsi gözlənilir.
TodayPress xəbər verir ki, bu barədə Avropa Mərkəzi Bankının (AMB) məlumatı dərc edilib.
Məlumatda deyilir: ABŞ və Böyük Britaniyada ardıcıl olaraq açıqlanan CPI məlumatlarının inflyasiyanın azalmasına işarə etməsindən sonra Avropa fond bazarları avqust ayından bəri ən yaxşı gününü qeyd edib. Euro Stoxx 600 İndeksi 1,33 faizlə son beş ayın ən böyük bir günlük yüksəlişini etdi.
Qeyd edək ki, həftənin əvvəlində avro dollar qarşısında qazancını azaldarkən 1,0288-ə düşüb. Ümumi valyuta da keçən həftə təxminən beş ayın ən yüksək səviyyəsinə çatdıqdan sonra funt sterlinqə qarşı ucuzlaşıb.
Həmçinin ABŞ-də baza inflyasiyası dekabrda illik 3,2 faizə düşsə də, dayanıqlı əmək bazarlarının FED-in faiz dərəcələrinin azaldılması dövrünü dayandıracağına dair narahatlıqlar artıb. FED-in bu ayın sonunda keçiriləcək iclasında faiz endirimlərinə fasilə verəcəyi gözlənilir.
Avro Bölgəsində bu həftə açıqlanacaq inflyasiya məlumatları gözlənilsə də, Avropa Mərkəzi Bankının (AMB) yanvar ayında faiz dərəcələrini 25 bənd aşağı salacağı düşünülür.
İngiltərədə dekabr inflyasiyası və əsas istehlak qiymətləri müvafiq olaraq 2,5 və 3,2 faiz təşkil edib. İnflyasiyanın azalması İngiltərə Bankının (BoE) yumşalma dövrünü davam etdirəcəyi ilə bağlı gözləntiləri artırıb.
Nicat Osman
tag: Avropa fond bazarı,Fond bazarı,FED,İqtisadiyyat,Dünya,Avropa,todaypress.az,