“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında görülmüş işlər açıqlandı

İqtisadiyyat

14.05.2025 17:20

20

Logistik imkanlar baxımından əlverişli ərazidə olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında investisiya portfeli 130 milyon manata yaxın olan 16 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib. 

TodayPress bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir. 

Məlumata görə, həmin 19 sahibkarlıq subyekti sənaye parkında ümumilikdə 1 800-ə yaxın daimi iş yeri yaratmağı nəzərdə tutur. 

Bu günədək görülmüş işlərə sahibkarlar 35 milyon manatdan çox investisiya yatırıb, 100-ə yaxın daimi iş yeri yaradıb. 

200 hektar ərazini əhatə edən parkın 30 %-dən çox hissəsi sahibkarların istifadəsinə verilib.

Parkda hazırda 2 müəssisə fəaliyyət göstərir. 

Sənaye parkında sahibkarlar indiyə qədər 1,7 milyon manatlıq məhsul satıb və xidmətlər göstərilib. Bundan başqa parkda hazırda 5-dən çox müəssisənin tikintisi istiqamətində işlər görülür.

tag: Araz Vadisi,İqtisadi Zona,Sahibkar,İnvestisiya,Todaypress.az,