"Apple" şirkəti yeni seriyasını təqdim edəcək

İqtisadiyyat

19.11.2024 21:21

Gələn il “Apple” 6 millimetr qalınlığında nazik “iPhone 17 Air” təqdim edəcək.

 

TodayPress xəbər verir ki, bu barədə “MacRumors” məlumat yayıb.

 

Məlumatda bildirilib ki, analitik Jeff Pu  “Apple”-ın 2025-ci ildə yeni "iPhone 17" Air smartfonunu buraxmağa hazırlaşdığı barədə şayiələri təsdiqləyib.

 

O, vurğulayıb ki, yeni nəsil smartfonun 6 millimetr qalınlığında korpusu olacağı proqnozlaşdırılır.

 

Hazırkı "iPhone 16 Pro” və "Pro Max” smartfonlarının korpusunun qalınlığı 8,25 millimetr, "iPhone 16” və "16 Plus" – 7,8 millimetrdir.

 

Bu göstərici üzrə rekord hazırda qalınlığı 6,9 millimetr olan “iPhone 6”-ya məxsusdur. Cihaz 2014-cü ildə istifadəyə verilib.

 

Aynur TAC

 

 

tag: Iphone, Apple, Pro Max, Smartfon, 16 Plus, todaypress.az,