“Apple” məhkəməyə veriləcək
İqtisadiyyat
24.01.2025 19:30
ABŞ-dən olan bir qrup “Apple” istifadəçisi şirkəti tərkibində təhlükəli kimyəvi maddələr olan cihazları satmaqda ittiham edib.
TodayPress xəbər verir ki, bu barədə “The Register” məlumat yayıb.
Amerikalı istehlakçılar korporasiyanı tərkibində “əbədi kimyəvi maddələr” kimi tanınan polifluoroalkil birləşmələr (PFAS) olan saatları satmaqda ittiham ediblər.
İddiaya görə, ağıllı saatın qayışlarında material kimi geniş istifadə olunan flüoroelastomerin tərkibində bioloji parçalanmayan perfluoroheksanoik turşusu mövcuddur.
Qeyd edək ki, sənayedə geniş istifadə olunan maddə xərçəngə səbəb ola bilər.
“Apple” hələ də rəsmi olaraq iddiaya cavab verməyib.
Nicat Osman
tag: Apple,ABŞ,PFAS,todaypress.az,