"Apple" "iPhone" istehsalını Hindistana köçürür
"Apple" 2026-cı ilin sonuna kimi ABŞ bazarı üçün nəzərdə tutulan "iPhone" smartfonlarının istehsalının böyük hissəsini Hindistana köçürməyi planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Bu qərar Tramp administrasiyasının Çinə tətbiq etdiyi yüksək tariflər səbəbindən yaranan əlavə xərclərin azaldılması məqsədini daşıyır.
Hazırda "Apple" smartfonlarının əsas istehsalı Çində həyata keçirilir, lakin şirkət bu asılılığı azaltmaq istəyir.
Planlara əsasən, "Apple" Hindistanda illik "iPhone" istehsalını 60-80 milyon ədədə çatdırmaq niyyətindədir.
Bu, hazırkı istehsal həcminin ikiqat artımı deməkdir.
Ekspertlərin fikrincə, istehsalın Hindistana köçürülməsi "Apple"a xərcləri optimallaşdırmağa, tariflərin mənfi təsirlərindən qaçmağa və bazardakı rəqabət qabiliyyətini qoruyub saxlamağa kömək edəcək.
Türkan İsgəndərli
tag: İphone,Apple,Hindistan,İstehsal,todaypress.az,