"Apple" Avropada köhnə "iPhone" modellərinin satışını dayandırdı
İqtisadiyyat
28.12.2024 12:48
Dekabrın 28-dən etibarən "Apple" şirkəti Avropa İttifaqında (Aİ) "Lightning" ilə işləyən smartfonların satışını dayandırıb.
TodayPress xəbər verir ki, "9to5Mac" nəşri buna diqqət çəkib.
Qeyd edilib ki, "iPhone 14", "14 Plus" və "iPhone SE" artıq əksər Avropa ölkələrində rəsmi olaraq satın alına bilməz. Cihazların nisbətən hələ yeni bazara daxil olmasına baxmayaraq, onların satışları yeni Avropa qanunlarına görə başa çatıb.
2024-cü il dekabrın 28-də Aİ-də yalnız "USB-C" konnektoru ilə təchiz edilmiş qadcetlərin satışına icazə verən direktiv qüvvəyə minib. 2023-cü ildən əvvəl buraxılan bütün "Apple" smartfonlarında "Lightning" portu var və buna görə də qadağan edilib.
"9to5Mac"da jurnalistlərin fikrincə, bu xəbər "iPhone" istifadəçiləri üçün olduqca pisdir. "iPhone 14", "14 Plus" və "iPhone SE" bazarda "Apple"ın ən sərfəli smartfonları idi, lakin indi onlar yoxa çıxıb. Bununla belə, nəşrin müəllifləri hesab edirlər ki, Amerika şirkəti 2025-ci ilin payızında bütün "Lightning" telefonlarının satışını dayandıracaq.
Töhfə Səməd
tag: Apple, İpone ,Avropa ,Satış, Dayandırmaq, todaypress.az,