“Apple” ağıllı saat istifadəçilərinə kompensasiya ödəyəcək
İqtisadiyyat
03.02.2025 14:40
“Apple”ın uzun illər davam edən məhkəmə mübahisəsi sona çatıb.
TodayPress xəbər verir ki, bu barədə “CNET” nəşri məlumat yayıb.
Şirkət ağıllı saatların sahiblərinə milyonlarla dollar kompensasiya ödəməyə razılaşıb.
2019-cu ildə “Apple Watch” 1, 2 və 3 modellərinin sahibləri “Apple”ı məhkəməyə verib.
Onlar iddia ediblər ki, saatların istifadəsi sağlamlığa ciddi zərər vurur. Xüsusilə, batareyaların sıradan çıxması, şişməsi və hətta yanma riski olduğu vurğulanıb. 6 il ərzində “Apple” məhkəməni və iddiaçıları cihazlarının etibarlı və təhlükəsiz olduğuna inandırmağa çalışıb. Nəticədə, şirkət iddiaçılarla razılığa gəlib və 20 milyon dollar məbləğində kompensasiya ödəməyi qəbul edib.
Hər bir istifadəçiyə 50-60 dollar arasında məbləğ ödəniləcək.
“Apple” nümayəndələri mətbuata açıqlamalarında bildiriblər ki, mübahisə həll olunub, lakin “Apple” bu iddialarla kökündən razı deyil.
Kompensasiya almaq istəyən istifadəçilər “Apple”a müraciət edərək batareya problemi ilə qarşılaşdıqlarını sübut edən sənədlər təqdim etməlidirlər.
Qiymət Mahir
tag: Apple,Saat,CNET,Məhkəmə,Todaypress.az,