Amerikadan Azərbaycana gətirilən avtomobillər bahalaşa bilər
Amerikadan
Azərbaycana idxal olunan avtomobillərin qiymətinin artacağı proqnozlaşdırılır.
TodayPress "Xəzər TV"yə istinadən məlumat verir ki, 2 gün əvvəl ABŞ Prezidenti
Donald Tramp ölkəyə idxal olunan avtomobillərə 25 faiz rüsum tətbiq ediləcəyini
bildirib.
Qərar aprel
ayının 2-dən qüvvəyə minəcək və ABŞ-yə idxal edilən hazır avtomobil və yük
maşınlarına, o cümlədən detalları xaricdə yığılan Amerika markalarına şamil
ediləcək.
Avtomobil
daşınmaları üzrə mütəxəssis Hüseyn Məmmədli bildirib ki, sözügedən qərar hərrac
vasitəsilə ölkəmizə Amerikadan gətirilən avtomobillərin qiymətinə təsir edəcək.
Onun sözlərinə
görə, qərarın qüvvəyə minməsinə bir neçə gün qalsa da, artıq hərracla satılan
yeni avtomobillərin qiymətində artım tempi müşahidə olunur. Qərar qüvvəyə
mindikdən sonra qiymət artımı konkret faiz üzərindən ifadə oluna biləcək.
Qeyd edək ki,
amerikalı ekspertlər də qərardan sonra qiymətlərin artacağını bildiriblər.
Hazırda ölkəmizə 2-ci əl avtomobillər əsasən Amerika və Koreya bazarlarından
gəlir.
tag: Amerika, Avtomobil, Qiymət, Bahalaşma, Tramp ,todaypress.az,