AMB “Sevinc Kredit İttifaqı"na icrası məcburi göstəriş verdi

İqtisadiyyat

30.04.2025 16:12

17

Azərbaycan Mərkəzi Bankı (AMB) “Sevinc Kredit ittifaqı" MMC-yə icrası məcburi göstəriş verib. 

TodayPress bu barədə AMB-yə istinadən xəbər verir. 

Məlumata görə, kredit ittifaqı bu ilin I rübü üzrə hesabatları “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələblərini pozaraq gecikmə ilə təqdim edib.

Odur ki, “Kredit İttifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndinin tələbləri rəhbər tutularaq hesabatların qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.

tag: Mərkəzi Bank,Sevinc Kredit İttifaqı,BOKT,Göstəriş,Todaypress.az,