AMB “Meqa Sığorta”nın vəzifəli şəxslərini cərimələdi
Azərbaycan Mərkəzi Bankı (AMB) “Meqa Sığorta” ASC-nin vəzifəli şəxslərini inzibati məsuliyyətə cəlb edib.
TodayPress bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində şirkətin “Sığorta fəaliyyəti haqqında” qanunun 78-ci maddəsinin tələbini pozduğu üzrə çıxıb.
Odur ki, İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə müvafiq olaraq "Meqa Sığorta"nın vəzifəli şəxsləri 300 manat cərimə edilib.
tag: Mərkəzi Bank,Meqa Sığorta,Cərimə,Vəzifəli Şəxs,Todaypress.az,