AMB “Finoko" BOKT-a icrası məcburi göstəriş verdi
Azərbaycan Mərkəzi Bankı (AMB) “Finoko” ASC bank olmayan kredit təşkilatına (BOKT) icrası məcburi göstəriş verib.
TodayPress bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, BOKT bu ilin I rübü üzrə prudensial tələblərə dair hesabatları “Bank olmayan kredit təşkilatları haqqında” qanunun 24.2-ci maddəsinin tələblərini pozaraq təqdim etməyib.
Odur ki, qanunun 25.1.5-ci maddəsinin tələbləri rəhbər tutularaq hesabatların təxirəsalınmadan və növbəti dövrlərdə vaxtında təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.
tag: Mərkəzi Bank,Finoko,BOKT,Göstəriş,Todaypress.az,