AMB: Banklar aqrar sektora 1,8 milyard manat kredit verib

İqtisadiyyat

02.05.2025 12:24

17

Bu il aprelin 1-nə Azərbaycan banklarının kənd təsərrüfatına verdiyi kreditlərin ümumi məbləği 1,8 milyard manatı üstələyib. 

TodayPress xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Toğrul Əliyev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib. 

Onun sözlərinə görə, bu kreditlərin 80 %-i bankların öz vəsaitləri, 20 %-i isə xüsusi məqsədli dövlət fondlarının vəsaitləri hesabına verilib.

(Report)

tag: Mərkəzi Bank,Aqrar Sektor,Maliyyə,Kredit,Todaypress.az,