Almaniyada işığın qiyməti qaldırıldı
İqtisadiyyat
28.11.2024 18:25
Almaniyada zəif küləklər səbəbindən istehsal azalıb. Nəticədə elektrik enerjisinin qiymətləri kəskin artmağa başlayıb.
TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Ekspert hesablamalarına görə, generasiya bir gün ərzində 46,6 QVt-dan 5 QVt-a düşə bilər. Elektrik enerjisinin aşağı istehsalı dekabrın 1-ə qədər davam edə bilər.
Qeyd olunur ki, elektrik enerjisinin gündəlik dəyəri artıq 49% artaraq 1 MVt/saat üçün 144,25 avroya çatıb. Eyni zamanda, qazla müqayisədə kömürün rentabelliyi də kəskin yüksəlib. Ekspertlər bildirir ki, rəqəmlər sentyabr ayından bəri ən yüksək həddə çatıb.
Töhfə Səməd
tag: Almaniya, İşıq, Külək, Eletrik, İstehsal, todaypress.az,