Almaniyada iqtisadi böhran dərinləşir
İqtisadiyyat
26.08.2024 17:10
İqtisadi Tədqiqatlar İnstitutunun prezidenti Klemens Fuest bildirib ki, Almaniya iqtisadiyyatı getdikcə pisləşir.
TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Fuest bildirib ki, həm istehsal, həm də xidmət sahələrində gözləntilər aşağı düşüb. Artıq bir müddətdir ki, iqtisadiyyat durğunlaşıb və vəziyyət getdikcə pisləşir.
Nəşr qeyd edir ki, Almaniyada biznes aktivliyi üzrə proqnoz fevraldan bəri ən aşağı səviyyədə qərarlaşıb. Bu, Avropanın ən böyük iqtisadiyyatını gözləyən növbəti fəlakətin göstəricisidir.
Hazırda iqtisadi artımla bağlı nikbinlik azalıb. Son iki ildə artım olmayıb.
Töhfə Səməd
tag: Almaniya, İqtisadiyyat, Biznes,İqtisadi Tədqiqatlar İnstitutu,Klemens Fuest ,todaypress.az,