Almaniya iqtisadi rəqabət qabiliyyətini itirdiyini elan etdi
İqtisadiyyat
25.09.2024 17:35
Almaniyanın maliyyə naziri Kristian Lindner ölkənin iqtisadi inkişaf tempini qeyri-qənaətbəxş adlandırıb.
TodayPress xəbər verir ki, o, bu barədə bəyanat verib.
Nazirin sözlərinə görə, dövlətin sosial və ekoloji sahədə uğurları möhkəm iqtisadi bazaya əsaslanmalıdır. Onun təmin edilməsinə kifayət qədər diqqət yetirilmədiyindən Almaniya rəqabət qabiliyyətini itirir.
“Deutsche Bank”ın tədqiqat bölməsinin iqtisadiyyat rəhbəri Robin Vinkler də qeyd edib ki, Almaniya sənayesi 1945-ci ildə respublikanın qurulmasından bəri ən pis tənəzzül dövrünü yaşayır. O, indiki böhranı 1980-ci illərin əvvəllərindəki vəziyyətlə müqayisə edib. Vinklerin fikrincə, bu dəfə böhran hakim koalisiyanın iqtisadi siyasəti ilə bağlı daha ciddi təhlükə yaradır.
Xatırladaq ki, ötən il ölkədə ümumi daxili məhsul 0,3 faiz azalıb. Almaniya dövləti enerji qiymətlərinin artması və ixracın azalması səbəbindən istehsal sənayesində geniş miqyaslı ixtisarlarla üzləşir.
Töhfə Səməd
tag: Almaniya, İqtisadiyyat ,Kristian Lindner, İnkişaf, todaypress.az,