Almaniya Daxili İşlər Nazirliyi kiberhücuma məruz qaldı
İqtisadiyyat
18.12.2024 00:13
Almaniya Daxili İşlər Nazirliyi kiberhücuma
məruz qalıb.
TodayPress xəbər verir ki, bu barədə “Bild”
qəzeti yazıb.
Dekabrın 14-də Almaniya Daxili İşlər Nazirliyinin
internet saytı bir neçə saat ərzində işləməyib.
Nazirliyin rəsmisi bildirib ki, nasazlıq 12:30 (Bakı
vaxtı ilə 15:30) ilə 14:30 (Bakı vaxtı ilə 17:30) arasında baş verib.
“Federal İnformasiya Texnologiyaları Mərkəzinin təhlili
göstərib ki, Almaniya Daxili İşlər Nazirliyinin saytının qısa müddət ərzində
əlçatmaz olmasının səbəbi DDoS (Denial-Of-Service Attack) hücumu olub”.
tag: Kibertəhlükəsizlik, Almaniya, DİN, Nazirlik, todaypress.az,