Alma ixracından gəlir 17 % artdı

İqtisadiyyat

01.05.2025 10:11

7

Bu ilin yanvar-mart aylarında Azərbaycan 19,3 milyon ABŞ dollar dəyərində alma ixrac edib. 

TodayPress xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın aprel sayında məlumat verilib.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 milyon ABŞ dollar və yaxud 17 % çoxdur. 

Ötən ilin yanvar-mart aylarında Azərbaycan 16,5 milyon ABŞ dollar dəyərində alma ixrac edib. 

Hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,7 % artaraq 771,9 milyon ABŞ dolları təşkil edib.

tag: Alma,İxrac,Qiymət,Artım,Todaypress.az,