Alkoqollu içkilər və siqaretlərlə bağlı yeni qayda
İqtisadiyyat
24.08.2024 14:50
Oktyabrın 1-dən Azərbaycanda alkoqollu içkilərin
və tütün məmulatlarının tranzit daşınması zamanı yarana biləcək gömrük borcunun
ödənilməsinin təmin edilməsi məqsədilə Gömrük Məcəlləsinin 258.1.4 –cü
maddəsinə əsasən təminat üsulu olaraq depozitin tətbiqinə başlanacaq.
TodayPress bu barədə Dövlət Gömrük Komitəsinə
istinadən xəbər verir.
Məlumata görə, təminatın məbləği tranzit
daşınmasını həyata keçirən hər nəqliyyat vasitəsinə münasibətdə minimum 200 000
ABŞ dolları ekvivalentində müəyyən edilib.
Gömrük bəyannaməsi təsdiq edildiyi gün vəsaitin
Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manat
ifadəsində banka depozit şəklində qoyulmasına dair təsdiqedici sənəd gömrük
orqanına təqdim olunmalıdır.
tag: Alkoqol,İçki,Siqaret,Yeni,Qayda,Qadağa,Gömrük,Yoxlanış,