“AFB Bank”ın İdarə Heyətinə yeni sədr təyin edildi

İqtisadiyyat

02.05.2025 12:31

21

“AFB Bank” ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib. 

TodayPress bu barədə banka istinadən xəbər verir.

Məlumata görə, Amid Qənbərov Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. 

Qeyd edək ki, Amid Qənbərov 2024-cü ildən etibarən Bankın Müşahidə Şurasının müstəqil üzvü kimi fəaliyyət göstərib.

Ümumilikdə Amid Qənbərov 19 ildən artıq müddətdə bank sektorunda müxtəlif vəzifələrdə çalışıb.

tag: AFB Bank,İdarə Heyəti,Sədr,Təyinat,Todaypress.az,