ABŞ-nin tariflərinə görə "PlayStation" bahalaşacaq

İqtisadiyyat

15.05.2025 12:25

25

Yaponiyanın texnologiya nəhəngi "Sony", ABŞ prezidenti Donald Tramp administrasiyasının tətbiq etdiyi artırılan tariflərə cavab olaraq bir neçə tədbir planlaşdırdığını açıqlayıb. 

TodayPress xəbər verir ki, bu barədə "The Verge" məlumat yayıb.

Bildirilir ki, yeni tariflər "Sony"nin fəaliyyətinə mənfi təsir göstərə bilər. 

Bu təsiri azaltmaq üçün şirkət "PlayStation" konsollarının qiymətlərini qaldırmaqla, artan xərclərin bir hissəsini istehlakçılara ötürməyi planlaşdırır.

Artıq Avropa, Britaniya, Avstraliya və Yeni Zelandiyada bəzi "PlayStation" modellərinin qiymətləri artırılıb.

"Sony"nin maliyyə direktoru Lin Tao bildirib ki, şirkət "PlayStation" konsollarının istehsalını ABŞ-yə köçürməyi də nəzərdən keçirir. 

Hazırda isə PlayStation modellərinin əksəriyyəti Çində istehsal olunur.

Türkan İsgəndərli

tag: Çin,Yaponiya,ABŞ,Sony,todaypress.az,