ABŞ-nin gəlirləri ən aşağı səviyyəyə düşdü

İqtisadiyyat

14.09.2024 10:16

2024-cü ilin iyul ayında Birləşmiş Ştatlar Avropa İttifaqı (Aİ) ölkələrinə mayeləşdirilmiş təbii qaz (LNG) ixracını kəskin şəkildə azaldıb ki, bu da Amerika ixracatçılarının gəlirlərinin son üç ilin ən aşağı səviyyəsinə düşməsinə səbəb olub. 

TodayPress xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb.

Ağ Evin LNG ixracından əldə etdiyi gəlirin iyul ayında 791,4 milyon dollara düşdüyü bildirilib. Bu ilin ilk 7 ayında ABŞ Avropaya 7,3 milyard dollar dəyərində qaz tədarük edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 30 faiz azdır.

Qeyd olunub ki, ABŞ-nin LNG tədarükündə Aİ ölkələrinin payı 44,1 faizə düşüb. Eyni zamanda, ilin əvvəlindən Amerika qazının Asiyaya tədarükü 50 faiz artıb. Müvafiq regiondakı ölkələrin payı isə 36 faizə yüksəlib.

Töhfə Səməd

tag: ABŞ,LNG ,Aİ, Asiya ,Qaz, todaypress.az,